22 Dekabr 2017 16:45
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb.

Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.


Müəllif: Cavad

Oxşar xəbərlər