27 Dekabr 2017 14:48
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar.

MN-dən Teleqraf.com-a verilən məlumata görə, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.


Müəllif: Teleqraf.com