27 Dekabr 2017 11:02
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com