28 Dekabr 2017 11:54
386

Bir neçə gün bundan əvvəl Bakı şəhərindəki 17 nömrəli məktəbin şagirdi dərsdən evə qaytımadığı üçün valideynləri polisə müraciət edib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a bildirib ki, şagird tapılaraq ailəsinə təhvil verilib: “17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dekabrın 26-da dərslərdə iştirak edib, dərsdən sonra əlavə məşğələdə olub. Dərsdən sonra evə getmək üçün məktəbdən çıxıb.

Axşam saatlarında məlum olub ki, uşaq evə getmədiyi üçün valideynləri polisə müraciət ediblər.

Onu da qeyd edək ki, həmin şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirddir”.

Dünən axşam saatlarında uşaq polis tərəfindən tapılıb ailəsinə təhvil verilib.


Müəllif: İlhamə Əbülfət