Vergilər Nazirliyində bəzi xidmətlər müvəqqəti dayandırılıcaq.
Bu barədə Teleqraf.com-a Vergilər Nazirliyindən məlumat verilib.
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, İnternet Vergi İdarəsi və digər qrumlarla məlumat mübadiləsi xidmətləri 2018-ci il yanvar ayının 1-i saat 22:00-dan ayın 3-ü saat 22:00-dək müvəqqəti dayandırılıcaq.
Səbəb elektron xidmətlərin genişləndirilməsi məqsədi ilə zəruri avadanlıqların quraşdırılması, əsas məlumat bazasının yeni serverlərə keçirilməsi ilə əlqədardır.