Çoxsaylı ölkələrdən "Halal" loqosu ilə Azərbaycana mal idxal olunur və Azərbaycanda olan, dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində "Halal" sertifikatı verirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azad istehlakçıklar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanda "Halal" sertifikatını qanuni yolla almış müəssisələr “AzeSERT Halal” Sertifikatlaşdırma Orqanından sertifikat alan müəssisələrdir.
Həmin müəssisələr aşağıdakılardır:
1.“Səhliyalı” kiçik müəssisəsi Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, küşə 18/190,
2. Hakan Foods Azərbaycan Trading Co. Ltd MMC Bakı şəhəri, Babək prospekti 53a,
3. Qafqaz Konserv Zavodu MMC Bakı-Xaçmazşossesi 157-ci km,
4. AZ Protein Foods Group MMC Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs. H.Saqib 60,
5. “M & T LTD” Firması Bakı şəhəri, Nəsimi ray, A.Mustafayev küç 3014,
6. Zəhmət-Ruzi MMC Xırdalan şəhəri, Quşçuluq massivi H.Əliyev küçəsi,
7. SƏBA ASC Şabran rayonu Şabran şəhəri M.Ə.Rəsulzadə küç., 35, f/ş
8. Tahirov Malik Ağaşirin oğluna məxsus “Ovqat” müəssisəi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 2245,
9. AL-SANA MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs. Sabir küç 8a,
10. “Orxan-SS” İKF Bakı şəhəri, Xətai rayonu, Əhmədov küçəsi, 2b.
Eyyub Hüseynov deyib ki, vaxtilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində olan “AzeSERT Halal” təxminən iki ildir Komitədən ayrılıb.
Onun sözlərinə görə, “AzeSERT Halal”ın laboratoriyası var: “Həmin laboratoriyada məhsulun tərkibində haram sayılan donuz əti və başqa qarışığın olub-olmadığını ayırd mümkündür. Uzun müddət ölkədə “halal” sertifikatının verilməsi pul müqabilində həyata keçirilib. Kim gəldi, necə gəldi heç bir monitorinq, laboratoriyadan keçmədən, yalnız yüksək məblğdə pul qarşılığında verilib. Uzun müddət bu sertifikatın verilməsində Qafqaz Müsəlmanları İdarəsi mühüm rol oynayıb.
Halubuki halal sertifikatının verilməsində təkcə baxmaqla yox, ekpesrtiza məsələlərinə də diqqət yetirilməlidir.
3 il bundan öncə Türkiyədə keçirilən halal məhsullarla bağlı konqresdə iştirak etdim. Orda dünyanın 56 ölkəsindən gəlmiş alimlərin çıxışı göstərdi ki, bəzi malların tərkibinə müxtəlif inqredientlər qatılır. Məsələn, kolbasanın tərkibinə dad, qoxu, vericilər qatılır. Onların mənşəyini bilmək üçün ekspertiza aparılmalıdır.
Hazırda “AzeSERT Halal” ictimai təşkilatların, maraqlı qurumların və Qafqaz Müsəlmanları İdarəsinin rəyi olmadan “halal” sertifikatı vermir. Bu sertifikatı təqdim edən qurumun laboratoriyası və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir və dövlət onu tanımalıdır.
Yəni sadaladığım müəsissələrdən başqa kənar qurumların vurduğu “halal” nişanı həqiqəti əks etdirmir”.