Bakıda sərnişin avtobusunun betonqarışdıran maşınla toqquşması nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.
3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı döş qəfəsi və sol ayağının əziyi, 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğlu isə sol əlin ön hissəsinin kəsiyi, üz və boyun nayihələrinin əziyi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.