2017-ci il ərzində Azərişıq ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə ASC-nin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı İdarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.
ASC-dən Teleqraf.com-a verilən məlumata görə, müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib. Qurumun fəaliyyət sahələri üzrə aparılmış analitik araşdırma nəticəsində məlum olub ki, vətəndaşların ən çox müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30.8 %). Ötən ilin eyni dövrü ilə müqayisədə bu müraciətlər 9.6 % azalıb.
Azərişıq ASC-nin rəsmi internet səhifəsinə son bir il ərzində 6604 elektron müraciət gəlib. 2016-ci ilin analoji dövründə müraciətlərin sayı 5477 olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17.1 % artım deməkdir.