Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə siqaret gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə nəzarət baxışı həyata keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2000 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.