18 Yanvar 2018 00:46
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İncəsənət Gimnaziyası, Azərbaycan Rəqs Assosiyası, Beynəlxalq Rəqs və İncəsənət Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Gənclər İttifaqı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müsabiqə keçirib.

Teleqraf.com xəbər verir ki, müsabiqənin əsas məqsədi uşaq və gənclərin yaradıcılıq mədəniyyətinin inkişafına dəstək, iştirakçıların və yaradıcı qrupların rəhbərlərinin peşəkar bacarıqlarının təkmilləşdirilməsi, mədəniyyət müəssisələrində, təhsil və yaradıcı birliklər arasında təcrübə mübadiləsi və yaradıcı əlaqələr qurmaq olub.

Yarış iştirakçıları teatr və qiraət sənətini nümayiş etdiriblər. “ Teatr sənəti” və bədii qiraət üzrə 1-ci yerin qalibi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabah qrupunun “ Teatr və kino” fakültəsinin 4-cü kurs tələbəsi Hüseynağa Aslanov olub. Qiraətçiləri müsabiqə müddətində Bakı Musiqi Akademiyasının tələbələri (pianoda Mədinə Bağırova, skripkada isə Nərgiz Hüseyinzadə) müşayət edib.


Müəllif: Sara

Oxşar xəbərlər