Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk hesabında məlumat palyaşıb.
İsa Qəmbər səhhətində yaranan problemə görə onu müalicə edən həkimlərə təşəkkür edib:
“Firdovsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər”.
Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftə infarkt keçirərək Mərkəzi Klinikaya yerləşdirilib. Klinikada əməliyyat edilib, ürəyinə stend qoyulub.