Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.
Teleqarf.com xəbər verir ki, bunu açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:
"Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.