30 Yanvar 2018 11:32
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, eləcə də Abşeron rayonunun Nübar qəsəbəsinin ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan yerdə sürüşmə prosesinin dinamikasındakı aktivləşmə yeni məlumat deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə sürüşmələr bir müddətdir davam edir: “Düzdür, “Zəli gölü” deyilən ərazidə qəzalı evlər var. Hardasa 5-6 əvvəl bu proses baş verib. 7 ev qəzalı vəziyyətə düşüb”.

Əziz Qaralov qeyd edib ki, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə subasmada akltivlik var: “Yağıntıların təsirindən qrunt sularının qalxması nəticəsində ərazidə yenə də subasma müşahidə edilir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər