Azərbaycan Uşaqlar Birliyinin tərkibindəki Uşaq sığınacağının diektoru Vasif Akifli vəzifəsindən ayrılıb.
Bu barədə Teleqraf.com-a direktor özü məlumat verib.
Onun sözlərinə görə, yenidən jurnalistikaya qayıtmaq istəyir: “Üç ildir zorakılıq qurbanı, valideyn himayəsindən məhrum uşaqlarla işləyirəm. Bu o qədər də asan məsələ deyil. Sığınacağa televiziyadan gəlmişəm. Həm peşəmə qayıtmaq istəyirəm, həm də yorulmuşam”.
Vasif Akifli qeyd edib ki, işdən ayrılmasının daha bir səbəbi Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə aralarında yaranan problem olub.