19 Fevral 2018 16:19
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:03

Bayıl yamacında sürüşmə prosesi hələ də aktiv fazadadır.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə mayakların qurulması mümkünsüzdür: “Ərazidə sürüşmə prosesi və gərginlik davam edir. Sürüşümə baş verən kütlənin üzərində mayak qurmağa imkan yoxdur, çünki orada çoxsaylı və müxtəlif ölçüdə çatlar var. Mayakları quran zaman 1-2 santimetr çat əmələ gəlir.

Amma elə çat var ki, dərinliyi 10-12 metrə çatıb. Ərazidə eni 1 metr olan çatlar daha çoxdur və mayak qurmaq mümkünsüzdür. Kütlənin üzərinə çıxmaq belə qorxuludur”.

Əziz Qaralov qeyd edib ki, yağışlar nəticəsində sürüşmə ərazisində torpaq qatı ağırlaşıb: “Ciddi dəyişiklik yoxdur. Sürüşmə ərazisində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən irəli gəlir. Atmosfer çöküntüləri normadan artıq olan zaman qrunt ağırlaşır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər