26 Fevral 2018 16:50
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqımda olan şikayətlə bağlı hazırda hüquq-mühafizə orqanları iş aparır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özü barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, araşdırmalardan sonra həqiqət aydınlaşacaq: “Kimin haqlı, kimin qərəzli, iftiraçı olduğu bilinəcək. Bununla bağlı açıqlama verib, istintaq sirrini yaymaq istəmirəm”.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə barəsində keçmiş işçisinin şikayəti əsasında cinayət işi başlanıb.

Cinayət işini birlik sədrinin qohumu, həmçinin sığınacaqda çalışan Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qaldırıb.

Şikayətə səbəb Kəmalə Ağazadənin Həcər Kəngərli və onun digər iş yoldaşlarının 8 aylıq əməkhaqqısını məcburən alması göstərilir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər