Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbərin məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı olub.
Bunu Teleqraf.com-a açıqlamasında nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Onun sözlərinə görə, mərhumun dəfni üçün yerin ayrılması ilə bağlı nazirlik Bakı Şəhəri İcra Hakimiyyətinə mütaciət edib: “Onlar tərəfindən müvafiq yer ayrılıb. Bizim qurum dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib. Tahir Əkbərin məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı olub”.
Qeyd edək ki, Tahir Əkbər martın 2-də vəfat edib. Onun "Qurd qapısı"nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb. Daha sonra ailəsi bəstəkarın məzarını dəyişdirərək, anansının yanında dəfn ediblər.