Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilahiyyatçı Nurəddin Ulduzun “Sillə vurulan qadın şükür etməlidir” fikrini ad çəkmədən sərt tənqid edib.
Teleqraf.com Türkiyə KİV-inə istiandla xəbər verir ki, o, bu fikri səsləndirənləri İslamı bilməyəcək qədər aciz adlandırıb.
Xatırladaq ki, sözügedən ilahiyyatçı barəsində Ankara Respublika Baş Prokurorluğu tərəfindən “nifrət və düşmənçiliyə təhrik etmək” maddəsi ilə cinayət işi açılıb.
Ölkə başçısı baş nazirin müavini Bəkir Bozdağa Dəyanət İşləri İdarəsi Din İşləri Ali Məclisinin mövzu ilə əlaqədar araşdırma aparmağı tapşırıb.
Prezident söyləyib ki, Dəyanət İşləri İdarəsinin tabeliyində olan ilahiyyatçılar daha cəsarətli olmalı və saxta ilahiyatçıların şərhlərinə qarşı önləyici tədbirlər görülməlidir.