Azərbaycanın "Azerspace-2/Intelsat" 38 ikinci geostasionar peykinin buraxılışı aprelin 30-a planlaşdırılıb.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan "Ariane 5 ECA" raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq./Trend/
Qeyd edək ki, "Azerspace-2/Intelsat 38"in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.
Xatırladaq ki, Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1" 2013-cü ilin fevralında orbitə buraxılıb.