Porno saytlara giriş çətinləşdirilir.
Teleqraf.com xəbər verir ki, artıq porno saytlara daxil olmaq istəyən şəxs yetkinlik yaşına çatdığını sübut etmək məcburiyyətində qalacaq.
İstifadəçi 18 yaşa çatdığını sübut etmək üçün müvafiq xanaları doldurmalı olacaq. Bunun üçün passport və kredit kartlarındakı məlumatların tələb olunacağı istisna deyil. Mütəxəssislər bu vasitə ilə azyaşlıların porno saytlara girişini əngəlləməyi düşünürlər.