Sabah Rəyasət Heyətinin iclası keçiriləcək, amma jurnalistləri təhqir etdiyi deyilən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun məsələsi gündəlikdə deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev deyib.
Onun sözlərinə görə, bu, AMEA Rəyasət Heyətinin növbəti iclasıdır: “İclasın gündəliyinə cari məsələlər daxil edilib. Məlumat yayıblar ki, akademik Ramiz Məmmədovla bağlı Rəyasət Heyətinin iclasında son qərar veriləcək, amma belə bir şey yoxdur”.
Zülfüqar Fərzəliyev bu məsələnin AMEA üçün bitmiş sayıldığını deyib.
Qeyd edək ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistlərin ünvanına təhqiramız və kobud ifadələr işlədib.
Məsələnin AMEA Rəyasət Heyətində müzakirə ediləcəyi barədə məlumat yayılıb.