4 Aprel 2018 15:45
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC-nin Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı iki qatardan biri Bakıya gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, müasir tələbələrə cavab verən qatarlardan biri artıq “Bakı Metropoliteni”nin deposundadır: “Hazırda rusiyalı mütəxəssislər qatarın proqram təminatını hazırlayır. Bundan sonra qatarın sınaq yürüşləri keçiriləcək, ayın sonuna qədər qatarın təqdimatı olunacaq və istifadəyə veriləcək. Növbəti ayın sonuna qədər isə ikinci qatar ölkəyə gətiriləcək. "81-765/766" modelindəki hər iki qatar 5 vaqondan ibarət olacaq”.

N.Paşayev yeni qatarların kondinsionerli və müasir tələbələrə uyğun olacağını deyib: “Yeni qatarlar sonuncu gətirdiklərimizdən daha müasir və komfortludur. Vaqonlarda kondisioner, havalandırma sistemi yüksək səviyyədədir. Həmçinin vaqonların qapıları daha geniş və sərnişin tutumu daha çoxdur. Həmçinin hər bir vaqonda 16 ədəd USB portu olacaq. Bu da sərnişinlərə telefon, planşet kimi avadanlıqlarını enerji ilə doldurmaq imkanı verəcək”.

Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı “Bakı Metropoliteni” “Metrovaqonmaş” ASC ilə fevralın 16-da müqavilə imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər