8 Aprel 2018 01:12
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir ilk yaşanıb. 11-ci sinif şagirdi dünyada məşhur olan 4 universitetə eyni anda qəbul olub.

Teleqraf.com xəbər verir ki, onun əsas məqsədi isə xaricdə təhsil alıb Azərbaycanda iqtisatçı kimi işləməkdir.

Söhbət Paytaxtda yerləşən 93 saylı tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlıdan gedir. Onun sözlərinə görə, 2 il bundan öncə ingilis dilini öyrənməyə başlayıb və dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağı qarşısına məqsəd qoyub. Məqsədinə çatmaq üçün isə bir neçə imtahan verib. Çəkdiyi əziyyətin bəhrəsi isə uğurla nəticələnib.

İlkin Bayramlı bu il imtahanalarda qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır. Bununla yanaşı,o, bir neçə universitetdə də təhsil almaq imkanı qazanıb.

İstedadlı gənc deyir ki, əsas məqsədi xaricdə təhsil alıb Azərbaycana yüksək səviyyəli iqtisadçı kimi qayıdıb öz ölkəsinə töhfə verməkdir.

Qeyd edək ki, İlkin Bayramlı məktəblərarası fənn olimpiadalarında iştirak etməklə yanaşı, həm də ABŞ-da Yale Universitetinin təşkil etdiyi “Yale Young Global Scholars” proqramına da qəbul olub. (Xəzərxəbər)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər