Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni mətbuat katibi təyin olunub.
Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülvi Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.