18 Aprel 2018 12:50
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər