23 Aprel 2018 11:44
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi, hazırda kardiologiya şöbəsində müalicə olunduğu bildirilib.

Abid Şərifov Oxu.az-a açıqlamasında barəsində yazılanların yalan olduğunu deyib. O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:

“Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?

Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.

Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Sabir baş nazir müavini orada əməliyyat keçirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər