30 Aprel 2018 17:09
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkalı dietoloq və Biotexnologiya şirkətinin direktoru Suzi Şengel çox effektiv bir pəhriz yaradıb. Bu pəhriz dünyada ən asan pəhriz adlandırılır.

Bu dietanın əsas qaydaları bunlardır:

Bu dietada yemək 4 hissədən ibarət olmalıdır:

1 ədəd protein

1 karbohidrat

2 cür tərəvəz

1 xörək qaşığı yağ.

Yəni, yolda olsanız və ya çox işlədiyiniz zaman kalori hesablamağa zaman ayırmaq məcburiyyətində olmursuz.

Dietoloq Suzi bu dietanı birinci özü təcrübədən keçirib:

“Siz düzgün dieta saxlamadığınızda da çəki ata bilərsiniz. Ancaq belə halda özünüzü pis hiss edəcəksiniz. Rənginiz solacaq, saçınız pisləşəcək, başınız ağrıyacaq.

Ana olduqdan sonra təxminən 100 kiloqram idim. Ən pisi də o idi ki, mən çəki atmaq üçün 10 müxtəlif dietadan istifadə etmişdim. Və bu dietalar nəticəsində 20-25 kilo atıb, bir neçə aya yenidən daha çox kilo almışdım.

Amma sonra anladım ki, bu dietalar mənə daha da ziyan edir. Ona görə də özüm yemək planı qurdum. 10 aya 40 kiloqram arıqladım. İndi 60 kiloyam. Bu çəkim artıq 6 ildir dəyişməz qalır”.

Dietoloqun sözlərinə görə, bu diet ilə 1 həftədə 0,5-1,5 kilo çəki atmaq mümkündür.

Üstün cəhətlərindən biri də odur ki, qırmızı şərab içə, bir boşqab spagetti yeyə və yeməkləri yağda hazırlaya bilərsiniz.

Bu dietada qadınlar təxminən 1500 kalori, kişilər isə 2000 kalori yandırır. Ona görə də saymağa ehtiyac olmur.

Teleqraf.com sizə nümunə menyü təqdim edir:

Səhər yeməyi:

Tərəvəz (2 porsiya): bir neçə pomidor və noxud.

Protein (1 porsiya): 2 yumurta.

Karbohidrat (1 porsiya): 1 dilim çörək.

Yağlar (1 x.q.): Yağ (çörəyə çəkilir).

Süd ilə 1 fincan qəhvə.

Nahar yeməyi:

Tərəvəz (2 porsiya): yerkökü, xiyar, bibər, pomidor, göbələk.

Protein (1 porsiya): paştet, yumurta, ət bir parça.

Karbohidrat (1 porsiya): 1 dilim çörək.

Yağ (1 x.q.): Pendir.

Şam yeməyi:

Tərəvəz (2 porsiya): kök, əkin cırhavucu, qulançar.

Protein (1 hissə): kotlet.

Karbohidratlar (1 hissə): bir stəkan içki.

Yağ (1 x.q.): Sous və yağda qızardılan tərəvəzlər


Müəllif: Günay Əli

Oxşar xəbərlər