Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib.
“Bakcell”dən Teleqraf.com-a verilən məlumata görə, konsertdə UFAZ-nın mühəndislik fakültələrinin tələbələri çıxış ediblər. Tədbir zamanı tələbələrin teatr tamaşaları, piano və mahnı ifaları və həmçinin çəkdikləri qısa videolar nümayiş etdirilib.
Qeyd edək ki, “Bakcell”in dəstəyilə keçirilmiş konsert Lycée Français de Bakou (UFAZ universitetinin xor ansamblı) və “ADO Theatre-Collective”in səhnə rejissoru Elza Furtadonun iştirakı ilə təşkil edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.
Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.