12 İyun 2018 17:00
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Kikboksinq yığma komandasının üzvü, 15 yaşlı azərbaycanlı El Cəfər beynəlxalq yarışlarda növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, o, 2014-cü ildə Dünya Kikboksinq Federasiyasının Çexiyada keçirilən yarışının gümüş mükafatçısı, mavi kəmər sahibidir.

E.Cəfərov 2016-cı ildə Almaniyanın Ştutqart şəhərində keçirilən çempionatın qızıl mükafatçısı olub. Gənc idmançı 2017-ci ildə Dünya Kikboksinq Təşkilatları Birliyinin və Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının gümüş mükafatçısı adına layiq görülüb.

Həmyerlimiz bu il iyunun 9-da Dünya Kikbonsinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Çexiyada keçirilən çempionatda 47 kq-a qədər çəki dərəcəsində 2 kateqoriya üzrə gümüş və bürünc medal qazanıb.

Xatırladaq ki, qısa vaxtda böyük uğurlar qazanan E.Cəfərov Çexiyada azərbaycanlı diaspor fəalı Leyla Bəyim Cəfərovanın övladıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər