22 İyun 2018 20:12
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri xairci sifarişlərin yerinə yetirilməsindən vaz keçərək dövlətin maraqlarına xidmət edirlər. QHT təmsilçiləri könüllülük əsasında bu məsuliyyəti üzərlərinə götürən insanlardır".

Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubiley tədbirində çıxışı zamanı deyib.

B.Muradova 10 il ərzində Milli Məclislə Şura arasında formalaşmış əməkdaşlıqdan danışıb:

“Milli Məclis hakimiyyətin müstəqil qanadıdır. Milli Məclis Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə memorandum imzalayıb. Bu Milli Məclis tərəfindən Şuraya verilən dəyərin sübutudur. Qanunların müzakirəsi, qəbulu və onun insanlara çatıdırılması istiqamətində birgə fəaliyyət göstəririk. Şura tərəfindən təklif edilən bir sıra qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Bu layihələri təqdim edən, təsdiq edən, həyata keçirilməsinə dəstək olan insanlara təşəkkür edirəm. QHT-lər dövlətin və xalqın taleyinə dövlət məmurları qədər məsuliyyət daşıyırlar. Bu məsuliyyətin altına çiyin verdiklərinə görə hər bir üzvünüzü təbrik edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər