2 İyul 2018 07:36
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın Aydovşina bələdiyyəsinini qonağı olduq. Azərbaycan bələdiyyələri ilə müqayisə etmək istəyirəm. Aydovşina bələdiyyəsinin əhalisi təxminən 19 min nəfər, illik büdcəsi isə 40 milyon manatdır (20 milyon avro). Adambaşına düşən büdcə gəliri təxminən 1054 avro və ya 2100 manatdır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

Ekspert bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün bələdiyyələrin (1606) toplam illik büdcəsi (36 milyon manat) o qədər deyil:

“Adambaşına düşən yerli büdcə gəlirləri isə Aydovşina bələdiyyəsi ilə müqaisədə 583 dəfə azdır - 3,6 manat. Aydovşina bələdiyyəsində təkcə kənd təsərrüfatı və istehsal müəssisələri mövcud deyil. Onlar hətta, pilotsuz təyyarələr də istehsal edirlər. Büdcənin 1%-ni (200 min avro) əhalinin birbaşa ixtiyarına verirlər və “Mənim təşəbbüsüm” proqramı çərçivəsində müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldirlər”.

Samir Əliyev qeyd edib ki, Aydovşina bələdiyyəsi varlı bələdiyyə hesab olunmur:

“Azərbaycanın ən varlı bələdiyyəsində belə müqayisə olunmaz dərəcədə az büdcə gəlirləri mövcuddur. Məlumat üçün bildirim ki, Sloveniyanı əhalisinin sayı bizdən 5 dəfə, ərazisi isə ərazimizdən 4 dəfə azdır. Dövlət büdcəsinin gəlirləri təxminən eynidir, hətta Azərbaycanın dövlət büdcəsinin gəlirləri bir az çoxdur. Sloveniyada yerli büdcələrin 60-70%-i dövlət büdcəsi hesabına formalaşdığı halda, Azərbaycanda bu göstərici 15%-dən çox deyil.

Bu, adi bir müqayisədir. İslahatlarının aparılmasına ehtiyac var. Bələdiyyələr real yerli hakimiyyət qurumuna çevrilməlidir. Çünki bələdiyyə əhaliyə ən yaxın hakimiyyət qurumu hesab olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər