16 İyul 2018 16:10
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qum şəhərində yetişdirilmiş ünsürlər həmişə Azərbaycanın başına bəla olmağa cəhd ediblər.

Bunu Teleqraf.com-a açıqlamasında “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət deyib.

Konsey başqanı qeyd edib ki, Azərbaycandakı bir sıra radikal dindarların Qumla bağlı olduqları da üzə çıxmağa başlayıb:

“Bu da o deməkdir ki, İran Azərbaycan daxilində qarşıdurma, xoas yaratmaqda maraqlıdır və insanları biri-birinə qarşı qoymaq üçün öz gücündən istifadə edir. Təəssüflər olsun ki, ruhlarını Şeytana satmış bəzi insanlar İranın bu tələsinə düşürlər.

Din adı altında insanları ora aparıb guya, “Allah adamı” kimi yetişdirmək istəyirlər. Həmin ünsürlər Azərbaycana qayıtdıqdan sonra burada təxribatlar törədir, insanların beyinlərini pozurlar. Buna görə də Azərbaycanda yeni təxribatların baş verəcəyi ehtimalını gözardı edə bilmərik. Hesab edirəm ki, dövlətin müvafiq orqanları belə təxribatlara qarşı həmişə hazırlıqlı olmalıdır. Vətəndaşlar da dövlətə dəstək olmalıdırlar. Çünki orta əsr təfəkkürlü bu ünsürlərin əsas məqsədi Azərbaycanda qarşıdurma yaratmaq, insanları biri-birinə qarşı qoymaqdır”.

Azər Həsrət bildirib ki, vətəndaşlar radikallarla mübarizədə dövlətə dəstək verməlidir:

“Biz ölkəmizin xaosa sürüklənməsinə icazə verə bilmərik. Əgər hər bir vətəndaş səhər evdən çıxıb axşam rahat qayıtmaq istəyirsə, bu cür ünsürlərin keçidinə icazə verilməməlidir. Əl-ələ verib onlara qarşı mövqe nümayiş etdirməliyik. Belə insanlar haqqında hüquq mühafizə orqanlarına məlumat verməliyik, onların barəsində tədbirlərin görülməsi üçün çağırışlar etməliyik. Bu cür ünsürlərlə başqa cür mübarizə aparmaq mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər