Azərbaycanda dövlət qeydiyyatından keçən KİV-lərin rəsmi sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Ədliyyə Nazirliyinin bu gün keçirilən kollegiya iclasında qeydiyyatdan keçmiş KİV-lərin sayı açıqlanıb.
Bildirilib ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4300-ə yaxındır, KİV-lərin sayı isə 5200-dən çoxdur.