Bu gün günorta saatlarında Bakının Nəsimi rayonu ərazisində, Mirqasımov küç, 1 küçəsində həyəcanlı anlar yaşanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin yaxınlığında partlayıcı maddə aşkarlanıb.
Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Halalr Nazirliyinin Xüsusi Riskli Xilasetmə Dəstəsinin xilasediciləri yollanıb.
Ərazidə olan əhali evakuasiya olunub. Partlayıcı maddə zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.