6 Avqust 2018 17:42
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan bloqqer Mehman Hüseynova bu gün vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirakına icazə verilib.

Bunu Teleqraf.com-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub.

M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər