18 Avqust 2014 15:49
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni qeydiyyatdan keçən Azərbaycan Hərbçi Jurnalistlər Birliyi ardıcıl olaraq yeni layihələrə start verəcək.

Bu yöndə Müdafiə Nazirliyi ilə ortaq iş görəcək QHT-nin əsas funksiyası hərb sahəsindən yazan jurnalistlərdə praktiki vərdişlərin artırılması və onların peşəkar istiqamətdə formalaşdırmaqdır.

Birliyin sədri Tamxil Ziyəddinoğlunun verdiyi məlumata görə, AHJB əsas layihələri Müdafiə Nazirliyi ilə bərabər həyata keçirəcək. Artıq bu əməkdaşlıq baş tutub: “Azərbaycan Hərbçi Jurnalistlər Birliyi hərbçi jurnalistləri güc strukturları, dövlət orqanları ilə etimadın möhkəmləndirilməsinə, hərbi mövzuda yazan gənc-təcrübəsiz media nümayəndələrini ordu quruculuğunu mətbuatda düzgün əks etdirməyə, Azərbaycan vətəndaşlarında ordumuzun gücünə inamı daha da artırmağa, gənc nəslin hərbi-vətənpərvərlik ruhunu yüksəltməyə və belə məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etməyə istiqamətləndirir.

Dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən, ordumuzla bağlı ictimaiyyəti narahat edən məsələlərlə bağlı informasiyaların vahid mənbədən, doğru dürüst yayılması üçün səy göstərir. Artıq səylərimizə Müdafiə Nazirliyindən də müsbət cavab almışıq.

Onu da qeyd edim ki, Birliyimiz 2012-ci ildən yaransa da, yalnız general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra əməkdaşlığımız baş tutub. Çünki nazir Zakir Həsənov əhalini narahat edən məsələlərə həssas yanaşdığı üçün KİV ilə də əlaqələrin qurulmasının tərəfdarıdır. Yaxın zamanlarda birgə tədbirlər planımızı həyata keçirməyə başlayacağıq. Bu plana hərbi mövzuda yazan jurnalistləri maarifləndirmək məqsədilə təcrübi məşğələlər, mühazirələr təşkil etmək, hərb tariximizdə uğurlu və uğursuz döyüşlərimizin ayrılıqda təhlili müzakirəsi, səngər müxbirlərinin yaradıcılıq gecələri, şəhid jurnalistlərin anım günləri; Ordu KİV münasibətləri ilə bağlı diskussiyalar; “Ən etibarlı səngər", "ən ayıq əsgər" mövzularında müsabiqələr, reportajlar təşkil etmək. Bir sözlə, ən azı 20 istiqamətdə mühüm tədbirlər planı hazırlamışıq. İnşallah sizlərin də iştirakınız və informasiya dəstəyinizlə ordu quruculuğu siyasətinə əlimizdən gələn köməyi edəcəyik. Bu, jurnalistlikdən çox, həm də vətəndaşlıq borcumuzdur”.

/modern.az/


Müəllif:

Oxşar xəbərlər