Fəlsəfə elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynliyə ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, onun böyük qardaşı Nabil Hüseynli vəfat edib.
70 yaşlı Nabil Hüseynlinin vəfatına ürəyindəki problemlər səbəb olub.
Nabil Hüseynli elektrik qaynaqçısı işləyib. Əvvəllər Gəncə Alüminium Zavodunda, daha sonra isə Gəncə Cihazqayırma Zavodunda çalışıb.
Qeyd edək ki, bu, Qabil Hüseynlinin son ilyarımda üzləşdiyi üçüncü qardaş itkisidir.
Ötən ilin martında professorun Qədir, sentyabrda isə Hüseyn adlı qardaşı vəfat edib. 52 yaşlı Hüseyn qardaşların sonbeşiyi idi.
Allah rəhmət eləsin!