19 Avqust 2014 17:14
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildən etibarən başlayan türk dilli xalqların mahnı yarışması “Türkvision“ keçiriləcək.

Müsabiqə TMB beynəlxalq musiqi telekanalı,Türksoy təşkilatının dəstəyi ilə baş tutacaq. Bu il yarışma turk dünyasının mədəniyyət məzkəzi seçilmiş Kazan şəhərində keçiriləcək.

TMB Azərbaycan təmsilçisi, təşkilat komitəsinin rəhbəri, yarışmanın baş kardinatoru İslam Bağırov bildirib ki, “Türkvision” mahnı yarışmasının 1 və 2 yarıfinalları 17 və 19 noyabr , final isə 21 noyabr tarixində baş tutacaq: “TMB-inəsas məqsədi türkdilli millətlərdən olan gəncləri bir araya gətirib onları bütün dünyaya tanıtmaqdır.

Kanalın təsisçisi Samir Qurbanov ilk olaraq yarışmanın keçirilmə təklifini irəli sürüb və məsuliyyəti üzərinə götürüb. İyul ayının 17-də Kazan şəhərində 2-ci musiqi yarışmasının təqdimetmə mərasimi keçirilib. Yarışma 15.000 tamaşaçı yeri olan “Tatnef arena”da baş tutcaq. Qonaqların özlərini rahat hiss etmələri üçün hər bir şərait yaradılacaq. Biz istərdik ki, azərbaycandan dəstək komandası olaraq bir qrup insanlar da Kazana yollansın, bunun üçün çalışacayıq AZAL ilə danışıqlar aparaq ki, güzəştlər verilsin”.

İslam bəy eləcə də bildirib ki, milli seçim turları 24 ölkədə baş tutcaq. Türkvisiona maraq günü-gündən böyüyür, türkdilli millət olmasalar da digər dövlətlərdən yarışmaya qatılıb türkdilli milləti təmsil etmək istəyirlər. Türkiyə, Azərbaycan, Şimali Kipr Türk respublikası, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Rusiya, Ukrayna,Tatarıstan, Başqırdıstan, Moldova, Krım müxtar respublikası, Bosnya-Herseqovina, Makedoniya, A Belarus və s. ölkələrindən iştirakçılar qatılacaqlar.

Müsabiqədə 24 ölkənin münsiflər heyyətti yer alacaq. İfaçılar 10 ballıq sistem üzrə qiymətləndiriləcəklər. Qalib münsiflərin səs vermə yolu ilə müəyyən ediləcək. Birinci turda 24 iştirakçıdan 12-i növbəti mərhələyə vəsiqə qazanacaq, yarımfinala 3 ölkə keçəcək. Yerli seçimlərə TMB kanalı nəzarət edəcək. Təşkilat komitəsindən heçkim juri üzvü kimi iştirak edə bilməz.

Azərbaycan təmsilçısı Atv telekanalında yayımlanan “O ses Azərbaycan” yarışmasından seçiləcək. Yarışmada çıxış edən iştirakçıların geyimləri sərbəst olaraq öz öhtəliklərinə buraxılıb. Bəstəkar və mahnını da eləcədə iştirakçılar seçəcəklər. Mahnı seçimində diqqət yetirilməli məqamlar var, ilqi, dini mövzularında ayrıseçkilik etmək, əxlaqsız sözlər işlətmək qəti qadağandır.

1-ci yerin qalibi 20.000 , 2 və 3-cü yerləri tutanlara isə 10.000 dollar mükafat veriləcək.
Qeyd edək ki, “Türkvision” ötən il ilk olaraq Türkiyədə Eskişəhərdə keçirilib. Dünya üzrə 40 kanalda yayımlanan və 24 ölkənin qatıldığı yarışmada azərbaycanlı müğənni Fərid Həsənov qalib olub.

anspress











Müəllif: