4 Sentyabr 2018 11:17
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə 5 186 insana ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, əhalinin 100 000 nəfərinə 53,3 ilk dəfə psixi xəstəlik diaqnozu qoyulan xəstə düşür.

Ümumilikdə müalicə - profilaktika müəssisələrində psixi xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 100 806 nəfərdir. 2016-ci ildə isə bu rəqəm 96 848 nəfər olub. Ötən il 18 yaşadək 876 uşaqda -psixi pozuntular və davranış pozuntuları aşkarlanıb.

Bunlardan 193 uşaq 0-13 yaşında, 217 uşaq 4-7 yaşda, 318 uşaq 8-13 yaşda, 148 uşaq 14-17 yaşındadır. 18 yaşdan yuxarı isə 2678 nəfərdə psixi pozuntular və davranış pozuntuları aşkarlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər