Bu gün Milli Məclisin deputatı Azay Quliyev seçicilərini qəbul edib.
Teleqraf.com xəbər verir ki, deputat seçiciləriylə ayrılıqda görüşərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, məşğulluq, hüquq məsələlərini əhatə edib.
Azay Quliyev bildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır.
Məlumat üçün bildirək ki, bir neçə gündür Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün online qeydiyyat sistemi fəaliyyətə başlayıb. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri bundan sonra elektron müraciət imkanından yararlanaraq daha da asan formada deputatlarının qəbuluna yazıla bilərlər.