8 Sentyabr 2018 11:32
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 270,965 milyon manat təşkil edib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 30,4% artaraq 584,055 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,9% artaraq 1 549,044 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 113,552 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 7,3% artaraq 24,313 milyon manat olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər