20 Avqust 2014 13:04
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərlə meyitlərin qaytarılması istiqamətində danışıqları davam edir.

Tərəflər meyitləri qaytara bilərlər.” Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni kəşfiyyat-diversiya qrupunun Tovuzda əsir düşən hərbçisi Karen Petrosyanın cəsədini dəyişmək istədiklərini bəyan edib.

Məlumat üçün bildirək ki, Karen Petrosyan avqustun 7-də Tovuzda əsir götürülüb. Bundan sonra o, saxlanıldığı kamerada ürək çatışmazlığından vəfat edib.

Bundan əvvəl isə Kəlbəcərdə erməni silahlı birləşmələri Cəbrayıl sakini Həsən Həsənovu öldürüb, onun meyitini Dağlıq Qarabağda dəfn ediblər.

Daha iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hazırda erməni girovluğundadır. BQXK indiyə qədər onlara 3 dəfə baş çəkib, girovları ailələri barədə məlumatlandırıb. Onların məktubunu da ailələrinə çatdırıb.

/modern.az/


Müəllif:

Oxşar xəbərlər