15 Sentyabr 2018 17:28
3 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Çinarə Məlikzadə də güney azərbaycanlıların başlatdığı “Səni deyirlər” kampaniyasına qoşulub.

Teleqarf.com xəbər verir ki, Güney Azərbaycana hər zaman xüsusi münasibət bəsləyən müğənni “Səni deyirlər” mahnısını avazla oxuyub.

Ç.Məlikzadə sosial şəbəkələrdə, xüsusi ilə də “İnstaqram”da olduqca fəaldır. O, davamlı olaraq Azərbaycan mədəniyyət və musiqisini təbliğ edir.

Son günlərdə bütün Güney Azərbaycan şəhərləri və Tehranda yaşayan azərbaycanlılar evdə, küçədə, məktəbdə, stadionda, iş yerlərində “Səni deyirlər” mahnısının sədaları altında böyük coşqu ilə rəqs etdikləri videoları kütləvi şəkildə sosial şəbəkələrdə paylaşırlar.

Mahnıda Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri Urmiya və gölü vəsf edilir. Soydaşlarımız bu mahnının sədaları altında rəqs etməklə İranda Azərbaycan dilinin sıxışdırılmasına və Urmiya gölünün qurudulmasına etiraz bildirirlər.

Başladılan rəqs kampaniyasına quzey azərbaycanlılar da qoşulur.


Müəllif: Səxavət

Oxşar xəbərlər