Kişilərdə spermanın miqdarı gündən-günə azalır.
Teleqraf.com xəbər verir ki, araşdırmalara görə, son 40 ildə kişilərdə spermanın miqdarı yarıya qədər azalıb və bunun ən böyük səbəbi stressdir.
Düzgün qidalanmama və köklüyün də spermanın azalmasında rolu olduğu bildirilib.
Amma mütəxəssislərə görə bunun həll yolu daha çox su tərəsi yeməkdən keçir. Çünki su tərəsi stress səviyyəsini azaldır.
Qeyd edək ki, su tərəsi zəngin C və E vitamini qaynağıdır. Spermanın qorunmasında da bu vitaminlər təsirli rola malikdir.