24 Sentyabr 2018 14:38
2 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı jurnalist, aparıcı Afət Rahilqızını otelə buraxmayıblar.

Teleqraf.com-un məlumatına görə, jurnalist bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, aparıcısı olduğu “Çıxış yolu” proqramının çəkilişi üçün getdikləri rayonların birində moteldə qalmağa icazə verməyiblər:

“Hər dəfə bölgələrə çəkilişlərə gedəndə otellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. İki operator, bir sürücü və mən bir həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan mütəmadi olaraq qaldığımız oteldə yox, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik.

Qapıda dayanan kişiyə, bizə bir gecəlik iki otaq lazım olduğu söylədim. “Üç kişi və mənəm” demişdim ki, kişi qaşlarını düyünləyib, “gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin, nikah kağızı gətirin”, deyib, bizi geri qaytardı. Yola davam etdik”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər