Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirlinin anası və dayısının olduğu avtomobil traktorla toqquşub.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində nazirin anası Nuran Pakdəmirli və dayısı Camal Çətin yaralanıb.
Manisa dövlət xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin kafi olduğunu bildirilir.
Hadisə Şəhzadələr mahalı, Gözəlköy məhəlləsində baş verib. Camal Çətinin avtomobili yoldakı traktora arxadan çırpılıb. Nazirin dayısının avtomobili yaxınlıqdakı körpünün dəmirlərinə toxunaraq dayanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.