25 Sentyabr 2018 16:27
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatsap mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılıb. Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur.

Teleqraf.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumatda deyilir: “Hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək.

Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər