25 Sentyabr 2018 22:32
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva diyarının qubernatoru Andrey Vorobyev Şirəliyeva Nərmin Oqtay qızını Mədəniyyət naziri təyin edib.

Teleqraf.com xəbər verir ki, o, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi. Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.

Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. İngilis və fransız dillərini mükəmməl bilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər