Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Hacı Salayev oktyabrın 10-dan 14-dək Estoniyada səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, deputat Bakı şəhərinin Suraxanı və Tallinin Kristiyne rayonları arasında dostluğun simvolu kimi Tallinin sözügedən rayonunda yeni salınan parkın açılış mərasiminə qatılacaq.