Paytaxt yollarında nəqliyyatın sıxlığını minimuma endirmək üçünsarı kəsişmə torlarınınçəkilməsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, layihə ilkin olaraq Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində tətbiq edilib.
Bakı Nəqliyyat Agentliyinin mütəxəsislərinin apardıqları araşdırmaya görə, ən çox sıxlıq məhz həmin ərazidə yaşanır. Ona görə də ilkin olaraq layihəyə məhz bu kəsişmədə start verilib.
Ancaq sürücülərin yeni nişanların tətbiqi ilə bağlı fikirləri birmənalı deyil. Əksər sürücülər isə yerə çəkilən nişandan ümumiyyətlə məlumatsızdırlar.
Sonrakı mərhələdə belə torlar paytaxtda tıxac və sıxlığın müşahidə edildiyi 74 yol kəsişməsində də təşkil olunacaq.